RU

Şəkərli içkilər qocalmanı sürətləndirir

Fast food, şəkərli içkilər, qənnadı məmulatları, yoqurt kimi qidaların bioloji qocalmanı sürətləndirdiyi məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə araşdırmanı IRCCS Neuromed tədqiqat mərkəzinin (İtaliya) alimləri aparıblar.

Alimlər araşdırmada 22 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Tədqiqat iştirakçıların bioloji yaşını təxmin etmək üçün 30-dan çox müxtəlif qan biomarkerləri haqqında məlumatdan istifadə edilib. 

Alimlər, həmçinin, hidrolizə olunmuş zülallar, maltodekstrinlər, hidrogenləşdirilmiş yağlar və konservantlar, rənglər və süni dadlandırıcılar kimi müxtəlif əlavələrin əlavə edilməsi ilə hazırlanan emal olunmuş fabrik qidalarının istehlakını təhlil ediblər.Emal olunmuş kateqoriyaya təkcə fast food, çipslər və şəkərli içkilər deyil, həm də zahirən təhlükəsiz görünən qidalar - çörək, bəzi meyvələr, yoqurtlar və emal olunmuş ətlərin daxil olduğu bildirilib.

Aparılan tədqiqatlar bu qidaların istehlakının bioloji qocalmanı sürətləndirdiyini göstərib. 

Zərifə Nağıyeva 

Избранный
26
unikal.az

1Источники