RU

Yeni və bahalı taksi xidməti açıldı - VİDEO

Taksi sifariş verəndə artıq seçimlər sırasında ekonom, konfrot və bizneslə yanaşı, COP29 bölməsini də görmək mümkündür. Ancaq bu taksi qiymətləri digərlərindən olduqca bahadır. Məsələn, ekonom taksi ilə 5 manat olan məsafəni, COP29 taksiləri 15-20 manata və daha yüksək qiymətə təklif edir.

Avtosfer.az-ın məlumatına görə, onlayn taksi xidməti şirkətləri bildirirlər ki, COP29 taksiləri daha çox ölkəyə gələn turistlər üçün nəzərdə tutulub, amma paytaxt sakinləri də istifadə edə bilərlər.

Həmçinin o da bildirilib ki, COP29 taksiləri elektrik və hibrid avtomobillərdən ibarət olacaq.

Qeyd edək ki, COP29 taksiləri paytaxtda noyabr ayının sonuna qədər fəaliyyət göstərəcək.

Ətraflı videomaterialda.

Избранный
29
5
avtosfer.az

6Источники