RU

"Fed" uçot dərəcəsini aşağı saldı, qızıl 2700 dolların altına düşdü

ABŞ Federal Ehtiyat Sistemi ("FED") ABŞ seçkilərindən sonra ilk iclasında uçot dərəcəsini 25 baza bəndi aşağı saldıqdan sonra qızılın qiymətində eniş müşahidə olundu.

Valyuta.Az-ın məlumatına əsasən spot bazarda unsiya qızıl 0,5%-dən çox dəyər itirərək 2 694 ABŞ dollarına qədər gerilədi.

"Fed" gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi endirdi. Bu qərarla birlikdə ABŞ-da uçot dərəcəsi 4,50-4,75% aralığına çəkildi. Beləliklə, ardıcıl ikinci toplantıda da faiz endirimi həyata keçirildi. "Fed" sədri Cerom Pauel qərardan sonra keçirdiyi mətbuat konfransında, seçilmiş prezident Donald Trampın tələb etməsi halında vəzifəsindən ayrılmayacağını bildirdi.

Seçilmiş prezidentin daha yüksək tariflər, daha aşağı vergilər və inflyasiyanı artıra biləcək daha yumşaq tənzimləmələr tətbiq edəcəyi gözlənildiyindən, Wall Street iqtisadçıları artıq seçki öncəsi dövrlə müqayisədə "Fed"in daha az faiz endirimi edəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, bu il ərzində qızılın qiyməti 30%-dən çox artaraq bir sıra rekordlar qırıb. Üçüncü rübdə əldə edilən qazanc, faiz endirimi gözləntiləri ilə dəstəklənib. Qiymətli metal həmçinin mərkəzi bankların alışları və etibarlı liman tələbi ilə möhkəmlənib.

Rəhim

Избранный
19
valyuta.az

1Источники