RU

Almaniyada Hökümət Böhranı Başladı

Almaniyanın Federal Kansleri Olaf Şolts,  hakimiyyət koalisiyasının dağılmasının əsas səbəbinin maliyyə naziri Kristian Lindnerin Ukraynaya yardımın artırılmasını nəzərdə tutan büdcə planını dəstəkləməkdən imtina etməsi olduğunu bildirib.

Çərşənbə günü Şolts korporativ maraqları dəstəkləyən Azad Demokratik Partiyanın (FDP) lideri Lindneri işdən azad edib. FDP Almaniyanın sosial-demokratlar və yaşıl partiya ilə birlikdə "Ampel" adlanan koalisiya hökumətinin üç partiyasından biridir.

EDnews alman mətbuatına istinadən xəbər verir ki, Şolts və Lindner arasında fikir ayrılıqları, tərəfdaşların növbəti ilin büdcəsindəki çoxmilyardlıq boşluğu doldurmaq və çətin vəziyyətdə olan iqtisadiyyatı canlandırmaq barədə ortaq bir dil tapa bilmədiyi görüşdən sonra zirvəyə çatıb.

Həmin gün keçirilən mətbuat konfransında Şolts bildirib ki, FDP-dən olan digər nazirlərlə birgə vəzifədən ayrılan Lindneri işdən azad etməklə “ölkəmizə ziyan vurmamaq” istəyib.

Almaniya kanslerinin sözlərinə görə, onun təklifi enerji daşıyıcılarının əlçatan qiymətlərini təmin etmək, avtomobil sənayesində iş yerlərini qorumaq üçün paket və Almaniyaya kapital cəlb etmək üçün investisiya mükafatının tətbiqi planını əhatə edirdi. Şolts həmçinin "çətin qışa doğru irəliləyən Ukraynaya dəstəyimizi artırmaq"da israr edərək əlavə edib ki, Almaniya xüsusilə Donald Trampın qələbəsindən sonra dünyaya etibar edilə bilən bir ölkə olduğunu sübut etməlidir.

“Maliyyə naziri bu təklifi federal hökumətdə ölkəmizin xeyrinə həyata keçirməyə hazır deyil. Mən ölkəmizi bu cür davranışa məruz qoymaq istəmirəm,” – deyə əlavə edib.

Koalisiyanın dağılmasından sonra Şolts azlıq hökumətinə rəhbərlik etməyə başlayıb və yanvarın ortalarında impiçment təklifi ilə çıxış edib ki, bu da mart ayında növbədənkənar seçkilərin keçirilməsinə yol aça bilər.

Əvvəlki media məlumatlarında Lindnerin Müdafiə Nazirliyindən Kiyevə hərbi yardımı məhdudlaşdırmağı xahiş etdiyi bildirilirdi, səbəb olaraq isə büdcə kəsrləri göstərilirdi. Berlin artıq 2024-cü ildə müharibə edən ölkəyə yardımını 7,5 milyard avrodan (8 milyard dollar) 2025-ci ildə cəmi 4 milyard avroya (4,3 milyard dollar) qədər azaldıb.

Rusiya dəfələrlə Ukraynaya Qərb silahlarının göndərilməsini pisləyərək, bunun münaqişəni uzatdığını və nəticəni dəyişdirmədən vergi ödəyiciləri üçün yük yaratdığını vurğulayıb.

Избранный
49
ednews.net

1Источники