Bakı. Trend:
Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyəçağırırıq.
Trend xəbər verir ki, butələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr - Zəfər Günü ilə bağlıbəyanatında yer alıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlıAzərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altındasaxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfəböyük təntənə ilə qeyd edir:
"8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlıqüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyətçəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətintəntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionistideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmışzəfər, beynəlxalq hüququn aliliyini təmin edib.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətlisərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanındaqalibiyyətə çatdırıb. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyialtında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazibütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəmqoyub.
Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətənmüharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterrorəməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsizvətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalındansonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silahasarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun vəvətənə bağlılığının göstəricisidir.
Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrundaşəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramlayad edir və sağlamlığını itirənlərə şəfa diləyirik".
Bəyanatda qeyd olunur ki, ərazilərimizin Ermənistanın işğalındanazad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tambərpası ədalətə inamımızı gücləndirib:
"Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğmayurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyənazərbaycanlıların təşkilatı - Qərbi Azərbaycan İcması bu tarixinailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyikimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nailolmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizətəhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrundamübarizə aparırıq.
Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlikşəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün dahamöhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldəolunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.
Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görəməsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinəhələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasındanölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan,genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimidestruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlılarıntəhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şəraityaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqabaşlamalıdır.
Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özününərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizimmübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımızaqayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruriaddımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq".