RU

Bayden Administrasiyası Ukraynaya son yardımını etməyə tələsir

Cümə axşamı Birləşmiş Ştatlar bildirib ki, Co Baydenin prezidentlik müddətinin sonuna qədər Ukraynaya tələsik milyard dollarlıq yardım ayırmağı planlaşdırır, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

"Prezident Bayden açıq şəkildə bildirib ki, səlahiyyət müddəti başa çatmazdan əvvəl Konqresin ayırdığı maliyyə vəsaitini Ukraynaya verəcək", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın sualına cavabda bildirib.

Respublikaçıların nəzarəti altında olan ABŞ Konqresi sonuncu dəfə aprel ayında Ukraynaya 4,3 mlrd. dollar və 2,8 mlrd. dollarlıq yardıma razılıq verib, 2 mlrd. dollar isə yeni silah alınmasına sərf olunacaq. Bu hərbi yardım Ukraynaya əhəmiyyətli dəstək olacaq.

Müsadirə olunmuş Rusiya aktivləri və administrasiyanın onları Ukraynaya verməyə hazır olub-olmadığı haqqında suala cavabda Miller belə deyib: "Biz açıq şəkildə bildirmişik ki, bu puldan müddətin (prezidentlik) sonuna qədər istifadə etməyə çalışırıq", deyə mətbuat katibi bildirib.

Miller həmçinin deyib ki, Kiyevin "ən yaxşı vəziyyətdə olması üçün" dövlət katibi Blinken qalan səlahiyyət müddətindən bir sıra kritik məsələlərdə hiss olunan irəliləyiş əldə etmək üçün istifadə etmək niyyətindədir.

"Bizim bir sıra gözlənilən çoxtərəfli görüşlərimiz var, bu görüşlərdə biz ölkələr koalisiyası ilə Ukrayna məsələsini müzakirə edəcəyik, Ukraynanın uğurunu təmin etməyə davam etməsi üçün görə biləcəyimiz işlər haqqında danışacağıq", deyə o, əlavə edib.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Избранный
22
turan.az

1Источники