RU

Füzuli şəhərində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

Bakı, TurkicWorld

Füzuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib.

TurkicWorld xəbər verir ki, konsertdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları Füzuli şəhər sakinləri iştirak edib.

Öncə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov qələbə münasibətilə hərkəsi təbrik edib.

O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşmağın sevincini yaşayıb.

E.Hüseynov diqqətə çatdırıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır və Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçıkarında əsl Zəfər Bayramı əhval ruhiyəsi yaradıb.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Избранный
41
8
turkic.world

10Источники