RU

“Audi” də “batır” – 4 500 nəfəri işdən çıxardacaqlar

“Audi” avtomobil şirkəti satışların əhəmiyyətli azalması səbəbindən 4,500 işçisini ixtisar etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, “Volkswagen” qrupuna daxil olan “Audi” maliyyə çətinlikləri ilə üzləşib və xərcləri azaltmaq üçün işçilərinin 15%-ni ixtisar etməyi düşünür.

Maliyyə məlumatlarına əsasən, şirkətin üçüncü rüb üzrə əsas mənfəəti 2023-cü ildəki 1.2 milyard avrodan 2024-cü ildə cəmi 106 milyon avroya enərək 91% azalıb. Almaniya və ABŞ kimi əsas bazarlarda satışların azalması ilə yanaşı, “Audi” avtomobillərinə ümumi tələbat da geriləyib. “Volkswagen” qrupunun digər markaları arasında yalnız “Lamborghini” sabit satış səviyyəsini qoruyub saxlayıb, “Bentley” isə 35%-lik azalma ilə ən böyük geriləməni yaşayıb.

Hazırda “Audi” rəhbərliyi, bu vəziyyətdən çıxmaq üçün işçi nümayəndələri ilə müzakirələr aparmaqdadır. Şirkət maliyyə dayanıqlığını təmin etmək və bazar şərtlərinə uyğunlaşmaq üçün müxtəlif tədbirlər üzərində düşünür.

Избранный
21
3
medianews.az

4Источники