RU

Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.

“Far.Az” “Reuters”ə istinadən xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.

Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.

“Partlayış dəmir yolu vağzalında, Pişəvərə gedən ekspress təyinat yerinə getməyə hazırlaşarkən baş verib”, - Balox vurğulayıb.

Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Избранный
24
43
far.az

10Источники