RU

KOBİA ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2023-cü ili 562 min manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə Agentliyin gəlirləri və xərcləri eyni olmuşdu.

Marja.az xəbər verir ki, KOBİA-nın gəlirləri 2022-ci ildə 46 milyon 574 min manat ikən, 2023-cü ildə 25 milyon 235 min manata düşüb (21 milyon 339 min manat və ya 45,8% azalıb).

Ötən il KOBİA-nın digər əməliyyat xərclərinin 3 dəfədən çox azalması hesabına gəlirləri xərclərni üstələyib və ili xalis mənfəət ilə bağlayıb.

2017-ci ildə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

Избранный
38
marja.az

1Источники