RU

Aeroportdan şəhərə işləyən avtobuslar - PULSUZ OLDU

COP29 tədbiri ərzində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə metronun “Əhmədli” stansiyasına hərəkət edəcək. Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək.

AeroportdanAeroportdan
Избранный
17
39
fed.az

10Источники