RU

Ermənilərin 600 yük maşını Rusiyaya keçmək üçün NÖVBƏ GÖZLƏYİR

Gürcüstanın Yuxarı Lars sərhəd keçid məntəqəsində Rusiyaya keçmək üçün gözləyən yük maşınlarının sayı 1900-ə çatıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həmin yük maşınlarından 600-ü Ermənistan şirkətlərinə məxsus malları daşıyır.

Yük maşınlarının növbəsinin yaranması hava şəraitinin pisləşməsi ilə bağlıdır.

Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.

Bizim.Media

Избранный
32
bizim.media

1Источники