RU

Xərçəng xəstəliyinin əsas "düşməni" açıqlandı

"İnsanlar onkoloji xəstəliklərin müalicəsində qeyri-ənənəvi təbabətə müraciət etməklə qiymətli vaxtlarını itirirlər. Çünki həkimlər xəstəliyi nə qədər tez aşkar edib tam müalicəyə başlasalar, sağalma şansı bir o qədər çox olar".

hakimiyyet.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xəbərdarlıq edib.

Onun sözlərinə görə, hələ indiyə qədər qeyri-ənənəvi təbabət üsulları ilə xərçəngdən sağalan heç bir xəstə görməyib, lakin belə "müalicənin" nəticələrinə şahid olub.

"Problem ondadır ki, xəstələr bu vicdansız insanların satdığı "sehrli" həbə inanarkən, xəstəliklə real mübarizəyə həsr oluna biləcək qiymətli vaxtı itirirlər. Bu çox kədərli mənzərədir və təəssüf doğurur. Bir daha xatırlatmaq istəyirəm ki, xərçəngin əsas düşməni erkən diaqnostikadır", - deyə mütəxəssis bildirib.

Kaprin profilaktik müayinələrin vaxtında keçirilməsinin və şişlərin aşkarlanması üçün yaş dövrlərinə görə spesifik analizlərin verilməsinin vacibliyini xatırladıb.

"Həkimə getməkdə gecikmək, bu xəstəlikdən qurtulmaq üçün xalq təbabətinə, "şəfaverənlərə" müraciət etmək lazım deyil. Xəstəlik nə qədər tez aşkar edilsə və müvafiq müalicəyə başlansa, xəstənin sağalma şansı bir o qədər çox olar", - deyə onkoloq çağırış edib

Избранный
48
4
hakimiyyet.az

5Источники