RU

İradəli və güclü siyasi bacarıqlara malik Ali Baş Komandan, mərd və qorxmaz, qəhrəman hərbiçilərdən təşkil olunan rəşadətli ordu Azərbaycanın parlaq qələbəsinin memarı oldular

Bakı. Trend:

4 il bundan öncə, məhz bu gün, rəşadətli Azərbaycan OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşmeydanlarında qazandığı böyük qələbələrdən və torpaqlarımızınardıcıl azad edilməsindən sonra sülhə məcburetmə əməliyyatlarınəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağaməcbur oldu. Vətən müharibəsi dövründə ordumuz tərəfindən həyatakeçirilən ən unikal hərbi əməliyyatlardan biri, Şuşanın azadedilməsi düşməni tamamilə sarsıtdı və bundan sonra Ermənistanın başnaziri Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasındakapitulyasiya bəyanatına imza atmağa məcbur oldu. Hərb tarixinəqızıl hərflərlə yazılan Şuşanın azad edilməsindən sonra ermənilərAzərbaycan Ordusunun qarşısının alınmaz olduğunu, Ali BaşKomandanın güclü iradəsini hiss edərək Ermənistan rəhbərliyi təslimsənədini imzaladı. Bununla da Azərbaycan öz dədə-baba torpaqlarınıerməni tapdağından azad etdi və tarixi ədaləti bərpa edərək haqlıqələbəsini qazandı.

44 günlük Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi iləbaşa çatması Ali baş komandanın ətrafında xalqın və ordunun “dəmiryumruq” kimi birləşməsinin nəticəsi oldu. 30 il sonra ata-babatorpaqlarımızı erməni işğalından azad etmək üçün dövlətimizmüxtəlif istiqamətlərdə inkişaf layihələri reallaşdırdı. İqtisadibaxımdan addım-addım irəliləyən Azərbaycan uzun illər torpaqlarınazad edilməsi üçün sülh danışıqlarını davam etdirdi. Lakin hələ ozamanlar, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıüçün ATƏT-in Minsk Qrupunun təsis olunmasına baxmayaraq Ali Başkomandan İlham Əliyev bu təsisatın problemin həlli istiqamətindəheç bir müsbət addım atmadığını vurğulayaraq torpaqların azadolunmasını Azərbaycan Ordusu həyata keçirməli olduğunu dəfələrləqeyd etmişdi. Ordu quruculuğu hər zaman Ali baş komandanın dövlətsiyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzindədanışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eynizamanda, güclü ordu yaradılması üçün vacib addımlar atırdı.

Ölkəmizin döyüş meydanlarında qazandığı tarixi zəfər müzəffərAli Baş Komandanı olan qalib Azərbaycan ordusunun yüksək texnikisəviyyəsindən, taktiki bacarığından xəbər verir. Hərbi gücünüartıran, yenidən formalaşdırılıran, daha da müasir silah vətexnikalarla, hərbi avadanlıqlarla təchiz olunan AzərbaycanınSilahlı Qüvvələri Vətən müharibəsində öz gücünü göstərdi. Təsadüfideyil ki, bu yaxınlarda silahlı qüvvələrimiz dünya ordularısırasında Kanada, İtaliya, Banqladeş, Kolumbiya kimi ölkələriqabaqlayaraq 29-cu sırada yer aldı və bu çox qürurvericidir. Bütünbu nəaliyyətlər Ali Baş komandan İlham Əliyevin düzgün siyasətinin,gərgin zəhmətinin nəticəsidir. ABŞ-nin “U.S. News and World Report”nəşri tərəfindən təqdim olunan siyahıda Erməninstan və Gürcüstanınümumiyyətlə yer almaması Azərbaycan ordusunun cənubi Qafqazölkələri arasında ən güclü olmasının bariz nümunəsidir.

Bəli, bu gün Azərbaycanın güclü, sarsılmaz ordusu var. Ümummillilider Heydər Əliyevin siyasi kursunun davamçısı, AzərbaycanPrezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındaordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədiləgərgin və səmərəli iş aparılıb və nəticədə Azərbaycan Ordusuregionun ən qüdrətli ordusuna çevrilib. Cənab Prezidentinrespublikaya 21 illik rəhbərliyi dövründə Azərbaycan Ordusununtəşkilati, təchizat və döyüş keyfiyyətləri baxımından tamamilə yenisəviyyəyə qalxmasına və dünyanın ən güclü orduları sırasında yeralmasına yol açıb. Güclü ordunun qurulmasının və daha damöhkəmləndirilməsinin əsas yollarından biri kimi Prezident İlhamƏliyevin ordunun maddi-texniki bazasının müasir tələblərsəviyyəsində təmin edilməsində görməsi bu məsələnin kompleksşəkildə həll olunması məqsədlə iqtisadiyyatımızın inkişafına xüsusidiqqət yetirilməsindən başladı. Çünki dövlət başçısının özünün dəqeyd etdiyi kimi iqtisadiyyatı güclü olmayan dövlətin güclü ordusuola bilməzdi. Bu mənada Azərbaycanın iqtisadi cəhətdən inkişafetdirilməsi, bunun üçün iqtisadi islahatların həyata keçirilməsi,xarici investisiyanın cəlb edilməsi üçün əlverişli mühitinyaradılması istiqamətində ciddi və tarixi addımlar atılıb. Əldəedilmiş uğurlu nəticələr isə ildən-ilə hərbi büdcənin də davamlışəkildə artmasına və ordu quruculuğunun sürətli inkişafına yolaçdı.

Konkret rəqəmlərə istinad etsək görərik ki, Azərbaycanın hərbibüdcəsinin 2005-ci ildə büdcə xərcləri 300 milyon dollar idisə,2010-cu ildə 2,5 milyard dollar, 2022-ci ildə bu rəqəm 2,7 milyarddollar təşkil edib. Azərbaycan hökuməti 2024-cü il dövlətbüdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə3,78 milyard dollar vəsait ayırıb. 2025-ci ilin dövlət büdcəsindəisə müdafiə xərclərinə təminən 5 milyard dollara yaxın vəsaitayrılması nəzərdə tutulur. Göründüyü kimi Azərbaycan hökümətiilbəil Azərbaycan Silahlı qüvvələrinin təkminləşməsi və yenidənqurulması, təhlükəsizliyin qorunması üçün maliyyə təminatını dahada artırır ki, bu da ordumuzun daha müasir silah və texnika ilətəchizatına əlavə imkanlar açır. Günü gündən güclənən Azərbaycandahərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini xeyliartırıb. Son illər ölkəmizdə formalaşan və dinamik inkişaf edənhərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.Azərbaycan hazırda mindən çox hərbi təyinatlı məhsulunistehsalçısına çevrilib. Dünyanın aparıcı beynəlxalq sərgilərindəAzərbaycanın hərbi məhsulları nümayiş olunur.

İstər 44 günlıük Vətən müharibəsində, eləcə də 23 saatlıqanti-terror əməliyyatları zamanı Azərbaycan Ordusu həm texniki, həmdə fiziki və məvi hazırlıq baxımından özünü ən müsbət cəhətlərləgöstərdi. Silahlı qüvvələrimizin dünyanın ən müasir və sontexnologoyalı silahlarla təchiz edilməsi, Ali baş komandanıngöstəriş və tapşırıqları əsasında şəxsi heyətin bilik,bacarıqlarının artırılması, müasir ordu quruculuğu öz nəticəsiniverməkdədir. Təkcə onu qeyd etmək kifayət edir ki, AzərbaycanOrdusunun Şuşanı azad etməsi dünyanın hərb tarixinə xüsusiəməliyyat kimi daxil oldu. Bu gün həm texniki təchizat baxımından,həm hərbiçilərimizi peşəkarlığı baxımından yüksək hazırlıqlı olanordumuz Ali baş konamdanın rəhbərliyi altında günü gündən inkişafedir. Bunun üçünsə təbii ki, maddi təminat çox vacibdir. Günügündən inkişaf edən Azərbaycan iqtisadiyyatı güclü dövlət və güclüordu qurmaq üçün münbit şərait yaradır.

Bu gün Azərbaycanın həm cənubi Qafqazda, həm də dünyadadövlətləri arasında seçilməsi onu bir daha sübut edir ki, Ali Başkomandan, Prezident İlham Əliyevin apardığı düzgün siyasət ölkəmizihəm bir davamlı inkişaf edən, həm də güclü silahlı qüvvələri olanbir dövlət kimi tanıtmağı bacarıb.

İradəli və güclü siyasi bacarıqlara malik Ali Baş Komandan, mərdvə qorxmaz, qəhrəman hərbiçilərdən təçkil olunan rəşadətli orduAzərbaycanın parlaq qələbəsinin memarı oldular. Bu gün Azərbaycantam suveren bir dövlətdir. Günü-gündən inkişaf edən müstəqil, azadbir dövlət.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Избранный
47
az.trend.az

1Источники