"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS-də 1/8 final mərhələsinin üçüncü pley-off oyunu keçirilib.
QOL.az xəbər verir ki, Mayamidəki "DVR Stadium"da keçirilən qarşılaşmada qonaqlar "Atalanta Yunayted" 2:3 hesabı ilə qalib gəlib.
Mayami təmsilçisində çıxış edən argentinalı hücumçu Lionel Messi 65-ci dəqiqədə başla qol vuraraq hesabı 2:2 edib. Bu, onun karyerasındakı 850-ci qol olub.
Bu məğlubiyyətdən sonra "İnter Mayami" MLS-də mübarizəni dayandırıb. "Atlanta Yunayted" isə 1/4 finala yüksəlib.
Xatırladaq ki, ilk oyunda "İnter Mayami", ikinci matçda isə "Atlanta Yunayted" eyni hesabla (2:1) qalib gəlib.