RU

Böyük Britaniya COP29-da iqlim maliyyəsi gündəliyini dəstəkləməyə hazırdır - Səfir (VİDEO)

Bakı. Trend:

Böyük Britaniya Bakıda keçiriləcək COP29-da iqlimin maliyyəsigündəliyini dəstəkləməyə hazırdır.

Trend xəbər verir ki, bubarədə ölkənin Azərbaycandakı səfiri Ferqus Auld bildirib.

“Son 11 ay ərzində biz bu tədbirə hazırlaşırdıq. Yaxın iki həftəərzində dünyanın diqqəti Bakıya yönələcək. Böyük Britaniya hökumətiistixana qazları emissiyalarının azaldılması və "yaşıl" işyerlərinin yaradılmasına kömək etmək üçün COP29-da iştirak edəcək.Geri sayım bitdi. Hərəkət etmək vaxtıdır”, - deyə ovideomüraciətində bildirib.

Qeyd edək ki, sabah Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyası öz işinə başlayır. Bununla bağlı qərar ötən il dekabrın11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
47
1
az.trend.az

2Источники