RU

Türkiyə nümayəndə heyəti COP29-da iqlim hədəflərini açıqlayacaq

“Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri Nazirinin müavini Fatma Varank deyib.

“Bu gün bu istiqamətdə hədəfləri açıqlayacağıq. Xüsusilə, bərpaolunan enerji səmərəliliyi mövzususunda vacib bir nöqtəyə gəlinib. Türkiyə şəhərsalma istiqamətində ciddi işlər aparan nadir ölkələrdən biridir. Bilirsiniz ki, biz seysmik zonadayıq. böyük zəlzələlər yaşamışıq. Bu bizim üçün eyni zamanda enerji səmərəliliyi ilə inşa edilən binalar deməkdir. Biz COP29-da iki illik müddətdəki təcrübələrimizi də bölüşəcəyik. Zəlzələdən sonra inşa edilən binaların enerji səmərəliliyi ilə bağlı da bir tədbirimiz olacaq. Ən böyük hədəflərimiz bunlardır".

"Rəqəmsallaşdırma ilə bağlı da fəaliyyətimiz olacaq. Bu COP29-da onu da təqdim edəcəyik. Bilirsiniz ki, rəqəmsallaşdırmanın köməyi ilə karbon emissiyalarının miqdarını ciddi şəkildə azaltmaq mümkündür. Türkiyə son beş il ərzində bu istiqamətdə böyük məsafələr qət edib. Yeni qanun qəbul edildi və bu qanunla bütün dövlət işləri rəqəmsallaşdırıldı və bunu özəl sektorla birlikdə edirik”, - deyə o bildirib.

"Cebheinfo.az"

Избранный
13
8
cebheinfo.az

9Источники