Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilən Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığı və Rusiya-Ukrayna müharibəsində gərginliyin azaldılması çağırışı etdiyi bildirilib.
“The Washington Post”un danışıq haqqında məlumatı olan mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, tərəflər 7 noyabrda, seçkilərdən sonra əlaqəyə keçib.
Tramp Putinə “Rəsmi Vaşinqtonun Avropada mühüm bir hərbi varlığı” olduğunu deyib. O, Rusiya-Ukrayna müharibəsində gərginliyin azaldılması çağırışı edib. Ukrayna rəhbərliyi telefon danışığı haqqında məlumatlandırılıb.
Vladimir Putin 7 noyabrda həmkarını təbrik edərək onunla danışmağa hazır olduğunu bildirmişdi.
Donald Tramp seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini dərhal bitirə biləcəyini iddia etmişdi.