RU

"Cənab Quterreş dedi ki, Heydər Əliyev kimi iradəli şəxsiyyət görməmişəm...”

“O, aparıcı ölkələrin nümayəndələri qarşısında elə prinsipiallıq nümayiş etdirdi ki, mən ona heyran qaldım...”
 
“2011-ci ilin mayında mən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən hazırda BMT-nin Baş Katibi olan Antonio Quterreş Quzanlıda qonağımız oldu. Quterreş həmin dövrdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarıydı. O, Ağdam ərazisindəki məcburi köçkünlərlə görüşdü, onların problemləri ilə tanış oldu. Mənimlə ayrıca söhbət zamanı cənab Quterreş Ulu öndər Heydər Əliyevlə görüşləri haqda danışdı. 1996-cı ildə Portuqaliyanın paytaxtı Lissabonda ATƏT-in sammiti keçirərkən cənab Quterreş həmin ölkənin baş naziri olub”. 
 
Bunu Moderator.az əməkdaşı ilə söhbətində Ağdam İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov nəql edib.
 
“Onun sözlərinə görə, Qarabağ məsələsinin müzakirə olunduğu sammitdə bir sıra aparıcı ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları Azərbaycanın əleyhinə bəzi qərarlar qəbul etməyə çalışdı. Məsələn, cəhd edirdilər ki, Qarabağdakı qondarma separatçı qurum rəsmi Bakı ilə danışıqlarda müşahidəçi kimi iştirak eləsin” 
 
“Lakin Heydər Əliyev ölkənin lideri kimi aparıcı ölkələrin nümayəndələri qarşısında elə prinsipiallıq nümayiş etdirdi ki, mən ona heyran qaldım. Mən peşəkar bir siyasətçi kimi deyə bilərəm ki, Heydər Əliyev kimi iradəli şəxsiyyət görməmişəm. Lissabon sammitində ABŞ-nin o vaxtkı vitse-prezidenti Albert Qor da dövlət başçımızla söhbətində çox çalışdı ki, Azərbaycan rəhbərliyi tərəfindən separatçı quruma və ümumiyyətlə, Ermənistana nəsə güzəşt edilməsinə nail olsun. Ancaq cənab Heydər Əliyev onun bütün təkliflərinə necə müqavimət göstərdisə, sonda ATƏT-in Minsk qrupu Azərbaycanın xeyrinə qətnamə qəbul etməyə məcbur oldu. Onu da deyim ki, mən də o zaman Azərbaycanın haqq işini mümkün qədər müdafiə etdim”, - Ağdamın sabiq icra başçısı BMT-nin hazırkı Baş Katibinin belə dediyini bildirib.
 
Moderator.az
 
Избранный
20
moderator.az

1Источники