Bu gün Türkiyədə aralarında məşhur müğənni Serdar Ortaç, şou verilişlərinin aparıcısı Mehmet Əli Ərbil və bəzi sosial media fenomenlərinin (bloger) də olduğu 20 nəfər saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu onlar haqqında İstanbul Respublika Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq davam edir.
Xəbərdə deyilir ki, Sərdar Ortaç evinə gələn polislərə qapını yarımsaatdan çox açmaqdan imtina edib: "Sonradan o, polislərin qapını döymələrini eşitmədiyini iddia etməyə başlayıb...".
Xəbərdə o da deyilir ki, saxlanılanlar aarsında 20 milyon izləyicisi olan bloger İbrahim Yılmaz da var: "Ondan başqa, musiqiçi/bloger Muzaffer Zorbey Erkoçlar, aktyor/bloger Aleksandr Menşikov, 2 milyon izləyicisi olan Sefa Caner Sarıçam və Esma Sözen də saxlanılıb..."
Firudin Səfərli
MİA.AZ