RU

2030-cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq - Muxtar Babayev

Bakı. Trend:

Bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlamagüclərini 6 dəfə artırmağa çağırırıq

Trend xəbər verir ki, bunuCOP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılışmərasimində deyib.

"Dünyanın aparıcı iqlim platforması olaraq, COP29 iqlimdəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi tədbirləri barədəsusa bilməz və susmayacaq. Beynəlxalq Enerji Agentliyi ilə birgə bugün ədalətli və tənzimlənmiş keçid üçün fəaliyyət çağırışlarınıdərc etdik. Biz bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerjisaxlama güclərini 6 dəfə artırmağa çağırırıq", — o qeyd edib.

M.Babayev əlavə edib ki, COP29 unudulmuş məsələləri, o cümlədən,qlobal emissiyaların, demək olar ki, 10 faizini təşkil edən ərzaqisrafını gündəmə gətirir.

"Konfransdan əvvəl bütün görüşlərin gündəminə təsirlərinyüngülləşdirilməsi məsələsini daxil etdik ki, irəliləyiş yollarınıtapa bilək.

Sədrlik olaraq, danışıqlarda əsas prioritetimizi (iqlimmaliyyəsi ilə bağlı yeni kollektiv kəmiyyət hədəfinə çatmağı)unutmadan problemi hərtərəfli həll etmək üçün çox çalışırıq", - ovurğulayıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
38
4
az.trend.az

5Источники