RU

İlin ən əhəmiyyətli tədbiri: “Ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”

"COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərməklə yanaşı, həm də bir sıra əhəmiyyətli məsələləri də gündəmə gətirir". 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, ölkəmiz qlobal əhəmiyyətli tədbiri keçirməklə ilk növbədə iqlim dəyişiklikləri ilə mübarizəyə olan bağlılığını və bu sahədəki beynəlxalq əməkdaşlığa verdiyi dəyəri göstərir:

"COP29 kimi mötəbər tədbir Azərbaycanın ekoloji siyasətinin təqdim edilməsi kontekstində mühüm bir platformadır. 198 ölkə nümayəndələrinin tədbirdə iştirakı ölkəmizin diplomatik mühitdəki rolunu gücləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və dövlətimizin beynəlxalq arenada əhəmiyyətini daha da artıracaq.

Bununla paralel olaraq tədbirin iqtisadi aspektləri də olduqca diqqət çəkicidir. COP29-un təşkili yerli iqtisadiyyata olduqca müsbət təsir göstərəcək. O cümlədən, türizm sektorunun inkişafı, yerli sahibkarlar üçün yeni imkanların yaranması və qonaqpərvərlik sahəsində xidmət keyfiyyətinin artırılması yeni inkişaf standartlarına zəmin yaradacaq". 

Millət vəkili qeyd edib ki, COP29-un keçirilməsinin əsas qayəsi insanlar tərəfindən iqlim sisteminə edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarşısını almaqdır:

"Elə bu məqsədlə də COP29 iştirakçı dövlətlər arasında iqlim dəyişikliyi və onun fəsadları haqqında ictimai şüur formalaşdırır və həmçinin məlumatlılığı artırır. 

Nəticədə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizlə yanaşı dünyanın iqlim siyasətində mühüm irəliləyişlərə səbəb olacaq. Bu mötəbər tədbirin möhtəşəm şəkildə paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq". 

Избранный
30
1
cebheinfo.az

2Источники