Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti görüşüb.
"Operativ Media" xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.
"Ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdük. Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr haqqında danışdıq. Bu layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsini müzakirə etdik",- deyə paylaşımda qeyd olunub.