RU

Keniyanın Baş naziri: İqlimə daha çox zərər verənlər daha çox maliyyə öhdəliyi götürməlidirlər

“İqlimə daha çox zərər verənlər daha çox maliyyə öhdəliyi götürməlidirlər”.

“İki sahil” xəbər verir ki, bunu Bakıda jurnalistlərə müsahibəsində Keniyanın Baş naziri Musalia Mudavadi deyib.

O, həmçinin bildirib: “Bizim COP29-dan gözləntilərimiz böyükdür. Düşünürük ki, kim iqlimə daha çox zərər verirsə, onlar maliyyə ilə bağlı daha çox öhdəlik götürməlidirlər. Hazırda həmin prosesin üzərində işləyirik. Karbon emissiyalarının azaldılmasında diqqəti yenidən istifadə məsələsinə yönəltməliyik və bu istiqamətdə addımları gözləyirik”.

Qeyd edək ki, Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Избранный
11
1
ikisahil.az

2Источники