RU

Tatlısəs 40 illik dostu ilə dava etdi

İbrahim Tatlısəs və yaxın dostu Metin Cantimur sosial şəbəkə üstündə dava salıb.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, qızı Dilan Çıtakla mübahisə edən xalq artisti İbrahim Tatlısəs İnstaqram hesabında “Yemlədiyim itlərin sümüklərini kəsəndə hürməyə başladılar”, – deyə paylaşım edib.

Tatlısəsin bu sözləri 40 illik dostu və mübahisə etdiyi Metin Cantimura dediyi öyrənilib.
Bunun üzərinə Cantimur Tatlısəsə bu ifadələrlə cavab verdi: “Başqalarının atdığı böhtanlarla öz nüfuzunu ört-basdır etməyə çalışan dosta salam olsun. Təbii ki, 40 il dostluq etdiyim, amma son illərdə yollarını ayırdığım şəxs məni alçaqcasına ittiham edib. Çünki ətrafdakıların öz maraq və mənafeləri üçün məkrli planlar quranların sözləri ilə hərəkət edib, bu insanların marionetinə çevrilib. Bu məni kədərləndirdi, amma bilinsin ki, səbrin sonu var.

 

Ceyran

Избранный
21
tribunainfo.az

1Источники