RU

Liberiyalı nümayəndə: Ümid edirik ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar

Dünyada böyük çağırışlar var. Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Liberiya nümayəndə heyətinin üzvü Meapeh Kou Qono eyib. O bildirib ki, 5 və ya 6 milyard dollar məbləğində vəsait toplamaq üçün Azərbaycanda keçirilən COP29 mühüm rol oynayar: “Mən Qərbi Afrikadan gəlirəm. Karbon emissiyalarının azaldılması, meşə sahələrinin getdikcə azalması kimi problemlərimiz var”.

“Azərbaycanda möhtəşəm qonaqpərvərliklə qarşılaşdıq. Tədbir çox müasir şəkildə təşkil olunub. Burada çox rahat hərəkət edə bilirik”, - deyə Meapeh Kou Qono qeyd edib.

Избранный
21
1
ikisahil.az

2Источники