RU

Bakıda Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi Sərgisi keçirilir

Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) Sərgisi keçirilir.

"Report" xəbər verir ki, tədbirin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov, eləcə də digər şəxslər iştirak ediblər.

Sərgi proqramı dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir. Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq onların qorunmasının vacibliyini ön plana çıxarır.

Sərgidə müxtəlif müəllif və fondların çəkdiyi fotolar nümayiş olunub: Pol Votson Fondunun "Farer adalarında "Grindadrap" kimi tanınan pilot balina və delfin ovları", Zimi Da Kid "Ölü çəkicbaşlı köpəkbalığı", "Xəzər dənizinin sahillərində ölü suiti" və s. fotolar nümayiş olunub.

Dəniz mühafizəçisi Elisa Filips fotolar barədə məlumat verərək iqlim dəyişikliyi mövzusunu müzakirə edərkən dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almağın vacibliyini vurğulayıb:

"Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər".

Избранный
16
3
sitat.info

10Источники