Fransalı yarımmüdafiəçi Paul Poqba Turin təmsilçisiylə müqaviləsini ləğv edəcək.
Futbolpress.az xəbər verir ki, hazırda futbolçuyla klub arasında bu yöndə danışıqlar gedir. Hətta Poqbanın İtaliyadan ayrıldıqdan sonra karyerasını MLS-də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı oyunçunun “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.