Azərbaycanda ehtiyatda olan polkovnik-leytenant Valeh Rəfiyev vəfat edib.
Modern.az xəbər verir ki, veteran hərbçi bu gün Qax rayonunun Qarabaldır kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Valeh Rəfiyev 1991-ci ildə yaradılan və Azərbaycanın ilk hərbi hissəsi hesab edilən 701 saylı hərbi hissənin komandiri olub.
Hərbi hissə Valeh Rəfiyevin rəhbərliyi altında Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.
"Cebheinfo.az"