RU

“PAŞA Bank” COP29 çərçivəsində "Korporativ dayanıqlılıq" adlı müzakirə paneli keçirəcək

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.

Bu gün, 12 noyabrda, “PAŞA Bank” Yaşıl Zonada "Korporativ dayanıqlılıq" adlı panel müzakirəsini təşkil edir. Yerli və xarici mütəxəssisləri bir araya gətirən paneldə korporativ dayanıqlılığın prinsipləri, bu sahədə beynəlxalq təcrübə, müəssisələr tərəfindən ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin əməliyyatlara effektiv tətbiqi barədə fikir mübadiləsi aparılacaq.

Ekspertlər - BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, “Siemens Energy” şirkətinin Qərbi Avropa, Türkiyə, Mərkəzi Asiya və Qafqaz üzrə məsul vitse-prezidenti Maksim Zubov, “PwC” şirkətinin dayanıqlılıq üzrə rəhbəri Uil Cekson Mur və “Masdar” şirkətinin baş əməliyyat inzibatçısı Abduləziz Alobaidli dayanıqlı biznes modellərinin üstünlükləri, yeni tənzimləmələrə uyğunlaşma və diqər mövzuları müzakirə edəcəklər.

Müzakirə panelini izləmək istəyənlər 15:00-da Yaşıl Zonada yerləşən D42 pavilyonuna dəvət olunurlar.

Избранный
25
3
marja.az

5Источники