RU

Nazir mədəniyyət işçilərinin güzəştli qaydada mənzillə təminatı sahəsində təkliflərini açıqlayıb

Teatr işçiləri və digər mədəniyyət sahələrində çalışanların güzəştli şərtlərlə mənzillər əldə etməsi üçün müvafiq qurumlarla danışıqlar aparırıq.

Bunu APA-ya mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir qeyd edib ki, bu istiqamətdə müxtəlif mexanizmlər var:

"Xüsusən sosial mənzillərin əldə edilməsi mexanizmlərdən yararlanılmasına çalışacağıq. Bunun üçün xüsusi şərtlərin mövcud olmadı da müzakirə mövzusudur. Məsələn, sosial mənzillərlə bağlı növbəlilik qaydası var. Gələcəkdə xüsusi mənzillərin təqdim edilməsi ilə bağlı mexanizm mövcud olarsa, o mexanizmlərdən də istifadə etməyi düşünürük".

Избранный
13
7
apa.az

9Источники