RU

Ürək dayanması zamanı bunu etmək LAZIMDIR

Ürək fəaliyyətinin qəfil dayanması səbəbindən qan axını kəsilir. Bu vəziyyətdə ürək-ağciyər reanimasiyası (CPR) edilmədiyi hallarda çox vaxt ölümcül nəticələr qaçınılmaz olur. ABŞ-da hər il 357 mindən çox xəstəxanadan kənar ürək dayanması halı baş verir ki, burada sağ qalma ehtimalı cəmi 9,3 faizdir. Təcili müdaxilə ilə ürək dayanmasında sağqalma şansı yüksəkdir. Bununla bağlı geniş araşdırma aparılıb.

Modern.az xəbər verir ki, araşdırmada 200 minə yaxın insanın xəstəxanadan kənar ürək dayanması hadisəsi təhlil edilib. Nəticələr göstərib ki, ürək dayanmasının ilk bir neçə dəqiqəsində CPR alan şəxslərin xəstəxanadan çıxdıqdan sonra sağ qalma və beyin funksiyalarının qorunma şansı daha yüksəkdir.

Tədqiqat nəticəsində məlum olub ki, ürək dayanmasından sonra iki dəqiqə ərzində CPR alan şəxslərin sağ qalma nisbəti 81 faiz, ciddi beyin zədəsi almadan sağ qalma ehtimalı isə 95 faiz daha yüksəkdir. Hətta 10 dəqiqəyə qədər gecikmə ilə CPR alan şəxslərin sağ qalma şansı 19 faiz daha çoxdur və onlarda əlverişli nevroloji nəticələr 22 faiz daha yüksəkdir. CPR almayan xəstələrin təxminən 12 faizi sağ qalır. Onlardan cəmi 9 faizi əhəmiyyətli beyin zədəsi olmadan həyatına davam edir.

ABŞ Ürək İnstitutu və Missuri Universitetində ürək-damar mütəxəssisi Evan Okefe bildirib ki, CPR üçün hər saniyə həyati əhəmiyyət daşıyır, hətta bir neçə dəqiqə gecikmə belə böyük fərq yarada bilər: “Bu nəticələr göstərir ki, ürək dayanmasında hərəkət etmək çox vacibdir. Təxirəsalınmaz CPR təlimləri daha geniş yayılmalıdır. Daha geniş yayılmış CPR təlimləri, həmçinin ictimai yerlərdə avtomatlaşdırılmış defibrilator (AED) istifadəsi ilə birlikdə təcili tibbi yardım sistemlərinin inkişafı insanların həyatda qalma şansını artırmağa kömək edə bilər”.

Çikaqoda keçiriləcək Amerika Ürək Dərnəyinin “2024: Reanimasiya Elmi Simpoziumu”nda, ürək-ağciyər reanimasiyasının tezləşdirilməsinin həyati əhəmiyyətinə dair yeni araşdırma təqdim ediləcək. Tədbirdə ürək dayanması və travmatik zədələrə dair ən son tibbi nailiyyətlər də nümayiş etdiriləcək.

Amerika Ürək Dərnəyi, hər kəsi CPR bacarıqlarını öyrənməyə çağıraraq, qəfil ürək dayanmasından sağ qalma nisbətini 2030-cu ilə qədər iki dəfə artırmaq məqsədini qarşıya qoyub. (Azərtac)

Избранный
28
1
modern.az

2Источники