RU

“Bu yağışla zəif yerlərimizi gördük” - Eldar Əzizov

“Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük”.   Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. O qeyd edib ki, kanalizasiya, su təchizat sistemi İri Şəhərlərin Birləşmiş Su Təzhizatı Xidmətinin balansındadır: “Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir. Tunellər isə “Azərtikinti”nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq, bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb.

Hadisə baş verən tunel (2 nəfərin öldüyü “Sabunçu” tuneli - red.) “Azərbaycan Dəmir Yolları”nın balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Избранный
17
22
manset.az

10Источники