Sankt-Peterburqda Ailə Təhsilinin Təşviqi Mərkəzinin direktor müavini German B. pedofiliya şübhəsi ilə saxlanılıb. Bu barədə “Mash na Moyke” Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, istintaq Kolpinodakı ailə mərkəzinin 57 yaşlı müavininin internatda saxlanılan azyaşlıların köməksiz vəziyyətindən sui-istifadə etdiyi qənaətindədir. Belə ki, o, səkkiz və 17 yaşlı ən azı iki şagirdə təcavüz edib. İlkin olaraq bu, 2023-cü ilin yazında baş verib.
Məmur artıq dindirilib və ondan genetik müayinə üçün nümunələr götürülüb. Şübhəlinin digər mümkün təcavüz hallarında iştirakı yoxlanılır. Qeyd edilib ki, müttəhimin işlədiyi müəssisədə kimsəsiz uşaqlar yaşayır.
Tural