Ekvador millisinin və LDU klubunun 22 yaşlı futbolçusu Marko Anqulo vəfat edib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.
Futbolçu oktyabrın 7-də qəzaya düşüb.
Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Avtomobildə olan 2 nəfər ölsə də, oyunçu xəstəxanay aparılıb. O, bir ay xəstəxanada yatdıqdan sonra, ötən gün həyatını itirib.
Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.