RU

Azərbaycan növbəti dəfə düşmənlərini məyus etdi- AÇIQLAMA

"Bu gün Bakı qlobal əhəmiyyətli bir mötəbər tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməkdədir.  Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi baş tutub. COP29-a 196 ölkədən minlərlə insan qatılıb. Bununla da Azərbaycan növbəti dəfə necə gücə və beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyə qadir olan ölkə kimi dünyaya nümayiş etdirdi".

Bunu "Olaylar"a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, dünya birliyi belə bir qlobal əhəmiyyətli tədbirin keçirilməsinə  dəstək vermək əvəzinə,Azərbaycan  yenə də bəzi Qərb ölkələrinin ikili standartı ilə üzləşdi.  "Qərb ölkələrinin bir çoxu  və onların nəzarətində olan QHT-lər, media qurumları COP29-u boykot taktikasını seçməklə Azərbaycanı hədəf seçib öz məqsədlərini diqtə etmək üçün təzyiq etmək yolunu tutdular". - o qeyd edib.

Deputat əlavə edib ki,  bu ölkələr  Azərbaycana qarşı iftira dolu dezinformasiya  kampaniyasını həyata keçirdilər: "Lakin onların bu cəhdləri hər zaman olduğu kimi, yenə də iflasa uğradı.  Azərbaycan ən yüksək səviyyədə tədbirə hazırlaşdı və keçirməyə nail oldu. Cənab Prezident İlham Əliyevin bu gün COP29-un Liderlər Sammitində dedikləri  boykot edənlərə çox gözəl cavab oldu. Cənab Prezident bəyan etdi ki,  həmin Qərb ölkələri bir il müddətində Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə çalışdılar. "Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!", -  cənab Prezident bəyan etməklə onları növbəti dəfə məyus etdi və uduzan tərəf oldular. Azərbaycan növbəti dəfə öz gücünü həmin qüvvələrə nümayiş etdirməklə dərslərini verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
52
olaylar.az

1Источники