RU

Böyük Britaniya emissiyalara nəzarət proqramına 5 milyon funt sterlinq ayırıb - Ed Milibend

Böyük Britaniya İqlim və Təmiz Hava koalisiyasının bir hissəsi olaraq qalıq yanacaq sektorundan emissiyaların tənzimlənməsi proqramına 5 milyon funt sterlinq ayırıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və "Net Zero" üzrə Dövlət Katibi Ed Milibend metan və istixana qazları üzrə COP29 sammiti zamanı deyib.

"Böyük Britaniya metan emissiyalarını azaltmaqla öz evində nümunə göstərməyə sadiqdir. Biz həmçinin metan emissiyaları ilə bağlı məlumatları təkmilləşdirməli və metan emissiyalarını azaltmaq üçün digər ölkələrə dəstək verməliyik. Buna görə də biz İqlim və Təmiz Hava Koalisiyasının bir hissəsi kimi qalıq yanacaq emissiyaları proqramı üçün 5 milyon funt sterlinq maliyyələşdirmə elan etməkdən məmnunuq.

Amma biz başa düşürük ki, daha sürətli və daha qətiyyətli hərəkət etməliyik. Bizə bütün neft və qaz şirkətlərinin yüksək qlobal standartlara cavab verməsi lazımdır. Həqiqət budur ki, bizim hələ çox yolumuz var. Biz daha çox fəaliyyət göstərməyə çağırırıq və səylərinə görə ABŞ və Çinə təşəkkür edirik. Böyük Britaniya hökuməti bu təcili problemin həllində öz rolunu oynamağa sadiqdir", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
9
2
day.az

3Источники