Helsinki şəhəri Ukraynaya işlənmiş avtomobillər də daxil olmaqla təxminən 80 min avro məbləğində yardım göstərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Helsinki meri Yuhan Vartiainenin sözlərinə görə, Kiyevə konkret yardımın göndərilməsi Ukrayna xalqı ilə əməkdaşlığa sadiqliyin siqnalıdır.
Nəşr vurğulayıb ki, paketin ötürülməsi Avropa İttifaqının mülki müdafiə mexanizmi vasitəsilə Finlandiya Daxili İşlər Nazirliyinin xüsusi idarəsi tərəfindən əlaqələndirilib.