Zaqatalada azyaşlı xəstəxanada ölüb.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.
Qeyd edək ki, son günlər Zaqatala xəstəxanasının doğum şöbəsində də yeni doğulan 3 körpə ölüb.
"Cebheinfo.az"