RU

Trampın seçilməsindən sonra ABŞ-la əlaqələrimiz necə olacaq? – XİN-dən açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-Azərbaycan əlaqələrinin necə olacağına münasibət bildirib. 

NOCOMMENT.azın məlumatına görə, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzun müddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.

O vurğulayıb ki, Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində böyük layihələr həyata keçirilir:

“Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”.

“ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir. Şübhəsiz ki, əvvəlki dövrdə Tramp administrasiyası müvafiq olaraq bu konvensiya çərçivəsində ABŞ-nin iştirakı minimuma endirilmişdi”, – A.Hacızadə əlavə edib.\\Unikal

Избранный
18
21
nocomment.az

10Источники