RU

Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur - ÜST rəhbəri

İqlim böhranının həm də sağlamlıq böhranı olduğunu dediyimi bir çoxunuz eşitmişiniz. Mesajım hər kəsə çatana qədər mənə bunu söyləməyə davam edəcəyəm.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COP-29 çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, sadəcə iqlimin dəyişməyinə görə yox, həm də iqlimin insan sağlamlığına təsirinə görə burada, COP29-dadırlar.

Baş direktorun sözlərinə görə, temperaturun yüksəlməsi ürək-damar xəstəliklərinə səbəb olur və yoluxucu xəstəliklərin yayılmasına təkan verir.

“Havanın çirklənməsi hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. İqlim dəyişikliyi həm də uşaqların ana bətnində və erkən yaşlarında inkişafına zərər verən qida çatışmazlığına səbəb olur”, - o əlavə edib.

ÜST Baş direktoru qeyd edib ki, insan sağlamlığı iqlim fəaliyyəti üçün ən inandırıcı arqumentdir: “İqlim fəaliyyəti sağlamlıq üçün və bundan irəli gələn sosial-iqtisadi faydalar təmin edir. Məsələn, qalıq yanacaqlardan istifadənin aradan qaldırılması havanın keyfiyyətini yaxşılaşdıracaq və hazırda ildə 7 milyon insanın ölümünə səbəb olan havanın çirklənməsi səbəbindən xəstəlik və ölüm hallarını azaldacaq”.

Избранный
11
10
ucnoqta.az

10Источники