RU

Ömrü 10 il uzadan MEYVƏ - FOTO

Hazırda dünya alimləri uzunömürlülüyün sirlərini araşdırır. Sağlam və uzun ömürlü olma şansını artıran bir çox amillər var. Təbiətdə rast gəlinən, lakin dəyəri az bilinən bir meyvə var ki, qan dövranını yaxşılaşdıra və bədəni on il cavanlaşdıra bilər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, İngiltərədə Chichester Universitetində aparılan bir araşdırmada meyvələrin sağlamlığa xüsusi təsiri olduğu müəyyən edilib. Təbiətdə nadir bir meyvənin qan dövranını 45 faiz artırdığı məlum olub. Yüksək antioksidant tərkibinə malik olan qırmızı qarağat insanı ən uzunömürlü edən meyvədir.

Professor Mark Uillemsin sözlərinə görə, yalnız bir həftəlik qırmızı qarağat istehlakı ümumi qan dövranını yaxşılaşdıra və bədənin bioloji yaşını 10 il cavanlaşdıra bilər.

Tədqiqatçılar qırmızı qarağatın əzələ sıxılmaları zamanı arteriya qan axınını 45% artırdığını aşkar etdilər. Dörd-yeddi gün ərzində klinik tədqiqatlarda əhəmiyyətli dəyişikliklər olduğunu söylənilib.

Qırmızı qarağat C vitamini, K vitamini, kalium və antioksidantlarla zəngin olduğu üçün orqanizm üçün bir çox faydası var. Professorun sözlərinə görə, bu birləşmələr yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər.

Qırmızı qarağatın müntəzəm istifadəsi xolesterin səviyyəsini tarazlaşdırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Qırmızı qarağat elmi olaraq sübut olunmuş hipertoniya və ürək-damar sağlamlığı üçün yaxşı kalium və linoleik turşu mənbəyidir.

"Qırmızı qarağat birləşmələri qan damarlarını daha sağlam və cavan edir" deyən professor Mark Uillems bildirib.

O, damarlara müalicəvi təsir etməklə yanaşı, profilaktik dərman elementi kimi əhəmiyyətli təsir göstərə bilər.

QIRMIZI QARAĞATI NECƏ YEMƏK OLAR?

-Yuyub birbaşa yeyə bilərsiniz.

-Qəlyanaltı kimi çox dadlıdır.

-Salatlarınıza əlavə etməklə həm dadını, həm də qida dəyərini artıra bilərsiniz. Xüsusilə tərəvəz salatlarına yaxşı uyğunlaşır.

-Onu tortlar və ya pudinq kimi desertlərə əlavə edərək istifadə edə bilərsiniz. Ondan mürəbbə və ya marmelad hazırlayıb səhər yeməyində çörəklə yeyə bilərsiniz.

-Dondurmanın üstündə və ya qatıqla qarışdıraraq yeyə bilərsiniz.

-Qurudulmuş meyvə qarışıqlarına əlavə edərək qəlyanaltı olaraq istehlak edə bilərsiniz.

Milli.Az

Избранный
17
milli.az

1Источники