RU

Erməni tarixçi Bakıdakı “balina”nı paylaşdı: Yazdıqları güldürdü – FOTO

Ermənistan parlamentinin sabiq deputatı, azərbaycanşünas alim, tarixçi Tatevik Ayrapetyanın COP29 sammiti çərçivəsində iqlim dəyişikliyinin canlılara vurduğu zərərə diqqət çəkmək üçün Bakı bulvarında yerləşdirilən balina maketi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, Ayrapetyan Azərbaycan KİV və sosial şəbəkə seqmentində yayılan görüntüləri realmış kimi təqdim edərək Bakını qaralamağa çalışıb.

O, sosial şəbəkədə yayılan videolardan birini X hesabında paylaşaraq Bakını “iqlim məsuliyyətsizliyi”ndə tənqid etməyə cəhd göstərib.

“Bu hadisə Bakı COP29-a ev sahibliyi etdiyi zaman baş verir”, – paylaşımda qeyd olunur.

Ayrapetyanın paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çox sayda istifadəsi balinanın real deyil, maket olduğunu bildirsə də, o paylaşımı silməyib.

Erməni tarixçinin bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, noyabrın 11-də Bakı bulvarında yerləşdirilən16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalotBelçikada fəaliyyət göstərən Captain Boomer Collective tərəfindən yaradılıb. Maket 2008-ci ildən bəri London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərlərdə təqdim edilib.

Globalinfo.az

Избранный
28
1
turkustan.az

2Источники