RU

"Əsas oyun Azərbaycana qarşı olacaq" - Estoniya millisinin kapitanı

style='margin-bottom:10px;'>

Estoniya millisinin kapitanı Karol Mets Millətlər Liqasında Azərbaycan və Slovakiya ilə qarşıdan gələn oyunlardan danışıb.

QOL.az "soccernet"ə istinadən xəbər verir ki, Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən müdafiəçi Azərbaycanla matçın daha vacib olduğunu bildirib: 

“Biz də Millətlər Liqasında mövsümü layiqincə başa vurmaq istəyirik. Bu səbəbdən Slovakiya ilə oyun da çox önəmlidir. Son vaxtlar böyük komandalara qarşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət mütləq Azərbaycanla oyuna yönələcək. Düzünü desək, bu, əsas oyun olacaq, C liqasında qalmaq üçün burada böyük addım ata bilərik”.

31 yaşlı futbolçu hər iki rəqibə çox ciddi yanaşmalı olduqlarını vurğulayıb: “Azərbaycan və ya Slovakiya ilə oyunun tempi gündəlik alışdığımdan bir qədər aşağı ola bilər. Lakin hazırlıq, diqqət və konsentrasiya yüz faiz olmalıdır. Nisbətən zəif rəqiblərə başqa cür yanaşmaq olmaz”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə keçirilək Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq. Komandalar arasında 3-cü turda keçirilən oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
29
1
teleqraf.com

1Источники