RU

Gənc liderlərin “yaşıl” forumu

Dünən COP29 çərçivəsində Gənc Məruzəçilər Akademiyası Gənc liderlər forumu keçirib. Forum müxtəlif yanaşmaların qarşılıqlı əlaqəsini, təsirlərini və bir-birini necə tamamladığını öyrənərək nəsillərarası ədaləti təmin etmək və qlobal iqlim siyasətini yönləndirmək üçün müzakirələr, təşviqat, lobbiçilik, birbaşa fəaliyyət və digər sahələrdə fəaliyyət göstərən ən önəmli gənc iqlim liderlərini bir araya gətirib.

Tədbirdə ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj, Fələstin gənclərini COP29-da təmsil edən Məhəmməd Usrof, BMT-nin İqlim və ətraf mühit üzrə gənclərinin nümayəndəsi Siqurt Seindal Krabbe, Uqandada fəaliyyət göstərən “Yaxşı həyat” beynəlxalq təşkilatının icraçı direktoru Denis Akampurura və digər gənclər çıxış edərək iqlim dəyişiklikləri ilə bağlı mübarizə yollarından danışıblar. 

Müzakirədə gənclərin səslərinin harada, necə və hansı şəkildə ən təsirli formada eşitdirə biləcəyi və uğurla iqlim tədbirləri həyata keçirilməsi imkanları araşdırılıb. Diqqətə çatdırılıb ki, iqlim dəyişikliyinin qarşısını almaq və sıfır emissiyaya nail olmaq üçün gənclər xüsusi fəallıq göstərməli, beynəlxalq təşkilatlar və milli hökumətlər qarşısında bu problemi vaxtaşırı olaraq qaldırmalıdırlar. 

Qeyd edək ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, “yaşıl” enerji dəhlizləri, “yaşıl” enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, “yaşıl” rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. 

 

Избранный
14
6
xalqqazeti.az

8Источники