RU

Prezident İlham Əliyev Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb

Bakı. Trend:

Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünüidarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər(müstəmləkə qaydaları - red.) yenə də yaşanır.

Trend xəbərverir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsindəkeçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS)Sammitində çıxışı zamanı söyləyib.

Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya iləüzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarınınaparıldığını vurğulayan dövlətimizin başçısı deyib ki, Fransatorpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır.Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasınınəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədərböyük zərər vurulub.

Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan AzərbaycanPrezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarınınpozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlərzamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətləyetirildiyini və yaralandığını bildirib.

Избранный
14
43
az.trend.az

10Источники