RU

COP for Hope: Azərbaycanın COP29-a ev sahibliyi etməsi Türk Dünyası üçün qürur mənbəyidir - TDT-nin Baş katibi (ÖZƏL) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Türk Dövlətləri Təşkilatının(TDT) Baş katibi Kubanıçbek Ömüralıyevdir.

O, Trend-ə açıqlamasında bildirib ki, AzərbaycanınCOP29 kimi bir konfransa ev sahibliyi etməsi Türk Dünyası üçünqürur mənbəyidir.

O qeyd edib ki, COP29 dünya və bütün Türk dünyası üçünəhəmiyyətli bir konfransdır.

“Hazırda həm dünya, həm də türk dövlətlərinin liderləriAzərbaycanda toplaşıb.

TDT görüşlərində yaşıl enerji ilə bağlı iki önəmli sənədimzalandı. Biri Türk Yaşıl Vizyonu, digəri isə Yaşıl Şurayaradılması isə bağlı qərar idi”,- deyə o əlavə edib.

Baş katib həmçinin vurğulayıb ki, COP29 çərçivəsində TDTekologiya və kənd təsərrüfatı nazirlərinin iclası baş tutacaq.

COP29-un təşkilindən bəhs edən K.Ömuraliyev qeyd edib ki, evsahibi Azərbaycan konfransın təşkilini ən yüksək səviyyədəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP
COP
COP
Məqalədə:
Избранный
28
3
az.trend.az

10Источники