RU

"İqlim dəyişikliyi ilə mübarizəyə dair fövqəladə hallar fondunun yaradılması təklif olunur"

İqlim dəyişikliyi ilə mübarizəyə dair maliyyə müqaviməti strategiyası və fövqəladə hallar fondunun yaradılması təklif olunur.

"Cebheinfo.az" xəbər verir ki, bunu Qrenadanın Baş naziri, Karib icmasının sədri Dikon Mişel noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qrenadada 11 aydır ciddi iqlim problemləri yaşanır.

"Karib hövzəsi adalarının əksəriyyəti böyük daşqınlara məruz qalıblar. Bizim Dayanıqlı İnkişaf Məqsədlərimiz sual altındadır. Karib hövzəsində böyük boşluqlar var. Biz həmçinin maliyyə boşluqlarını aradan qaldırmalıyıq".

Baş nazir bildirib ki, maliyyə müqaviməti strategiyası və fövqəladə hallar fondunun yaradılmasına ehtiyac var:

"Biz yeni çağırışlara qarşı tək işləyə bilmərik. Ona görə də hər kəsi tərəfdaşlığa çağırırıq".

"Cebheinfo.az"

Избранный
15
cebheinfo.az

1Источники