RU

COP for Hope: COP29 iqlim maliyyələşdirilməsi məsələsində vəziyyəti dəyişə bilə - "SustainaClaus" (ÖZƏL) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Filipp Makmasterdir(digər adı ilə "SustainaClaus" - "DayanıqlıSanta").

O, Trend-ə özəl müsahibəsindəbildirib ki, COP29 iqlim maliyyələşdirilməsi məsələsində vəziyyətidəyişə bilər.

“Özümlə dayanıqlı inkişafın simvollarını gətirmişəm("sustainies"). Onlardan biri Reallıq Xoruzu Rodcer, digəri isəaşağı karbon tullantıları çağırışı edən Pandadır. Buradakı vədünyadakı səylərimiz yenidən xoşbəxt uşaqlığı təmin etməyəyönəlib.

Ümidimi COP29-a bağlayıram. Əsas məsələ maliyyədir. Bu, illərdirüzərində işlədiyimiz bir məsələdir. COP-un Azərbaycanda əsasməqsədi maliyyə aspektini həll etməkdir. Burada zərər və itkilərinnecə maliyyələşdiriləcəyi müzakirə olunur”, - deyə o qeyd edib.

F.Makmasterin sözlərinə görə, 2009-cu ildən bəri zərər vəitkilər, eləcə də, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərininmaliyyələşdirilməsi haqqında danışılır, lakin heç bir ölkə təsirliaddımlar atmayıb.

“Söhbət, əsasən, Avropa və Şimali Amerika ölkələrindən gedir.Biz cənubu dəstəkləmirik, onları istismar edirik. Zərər və itkilərməsələsində isə məsuliyyətdən yayınırıq. Hətta AvropaKomissiyasının Prezidenti Ursula Fon der Lyayenin də COP29-agəlməməsinə baxın. O, Avropa İttifaqını təmsil edir. Necə ola bilərki, Avropadakı bütün insanların adından qərar qəbul edilsin? Əgəravropalı olsaydım, burada təmsil olunmaq istərdim. Bu qloballaşmatərəfdarları necə olub ki, dünyanı bu qədər çətin vəziyyətəsalıblar? Bu, gülüncdür”, - deyə o əlavə edib.

Filipp Makmaster qeyd edib ki, Azərbaycan qədim ölkədir, qədimmədəniyyətə sahibdir və burada keçirilən COP29 vəziyyəti dəyişəbilər.

“Biz həmişə baş verə biləcək hadisələrə nikbin baxmalı və bununsadəcə istək deyil, bir təzahür olduğunu anlamalıyıq. Gələcəyigözləmək əvəzinə onu qurmalıyıq. Əsas odur ki, inkişaf etmişölkələr maliyyə axınını təmin etsinlər, çünki onlar uzun illərdirki, yalan danışırlar. Mən Davamlı İnkişaf Məqsədləri üzərindəişləyirəm, bu məqsədlər 2015-ci il sentyabrın 25-də elan edildiyigündən bəri”, — deyə "SustainaClaus" bildirib.

O qeyd edib ki, ölkələr şirkətlər kimi davranmamalıdır.

“Bu, bir şirkət deyil, amma onlar elə davranırlar. Bu, bircəmiyyətdir. Cəmiyyət üzvlərini istismar etməz, onlara dəstək olar.Cəmiyyət kimi davranmağa başlayın və problemi həll edin. Ölkələr özvətəndaşlarına daha mərhəmətli və daha bilikli yanaşa bilər. Bizhamımız bir planetin vətəndaşlarıyıq və həyatımızı yaxşılaşdırabilərik”, — deyə Filipp Makmaster fikrini tamamlayıb.

X: @Lyaman_Zeyn

COP
COP
Məqalədə:
Избранный
30
2
az.trend.az

3Источники