RU

Qəzaya "dəvət":5 nəfər motosikletə minib

Adanada 5 nəfərin bir  motosikletlə  hərəkət etdiyi görüntüləri yayılıb. 
Avtosfer.az xəbər verir ki, Yüreğir rayonu Çukurova küçəsində 2 nəfərlik motosikletlə hərəkət edən ana, ata və üç övladı qəza vəziyyəti yaradıb.
 
Təhlükəli səfər zamanı bir uşağın motosikleti idarə edən atasının qucağında, digərinin isə anasının qucağında oturduğu, üçüncü uşağın pedala basaraq anasını qucaqlayaraq tarazlığı saxlaya bildiyi görünüb və heç kim dəbilqə taxmayıb.
 
Bir müddət küçədə dolaşan  ailə daha sonra gözdən itib. Görüntü başqa bir şəxs tərəfindən cib telefonu ilə lentə alınıb.
(sherg.az)
Избранный
7
1
avtosfer.az

2Источники